“Boksun atası”nın yerini oğlu tutdu
Bizi izləyin

İdman

“Boksun atası”nın yerini oğlu tutdu

“Boksun atası”nın yerini oğlu tutdu

Bir neçə gün öncə ürək çatışmazlığı diaqnozu ilə dünyasını dəyişən, “boksun atası” hesab edilən Beynəlxalq Boks Şurasının prezidenti Xose Süleymanı oğlu Maurisio əvəzləyəcək.

Maurisio Süleyman 90 gün ərzində müvəqqəti olaraq quruma rəhbərlik edəcək. Maraqlıdır ki, Maurisio bir neçə gün öncə mətbuata açıqlamasında atasının yerini tutmaq istəmədiyini söyləmişdi.

Qarşıdan gələn seçkilərdə Maurisio Süleymanın namizədliyinin irəli sürüləcəyi və prezident seçiləcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm