İtalyanlar bəhanə tapdılar
Bizi izləyin

İdman

İtalyanlar bəhanə tapdılar

İtalyanlar bəhanə tapdılar

Braziliyada keçirilən dünya çempionatında İtaliyanın Kosta-Rikaya məğlub olması mətbuatda gündəm yaradıb.

Publika.az xəbər verir ki, italyan futbolçular oyundan sonra məğlubiyyətə şərh veriblər.

İtaliyanın qapıçısı Buffon futbolçuları hərəkətsizlikdə qınayıb:

“Ona görə uduzduq ki, bizim komandada sürət yox idi. Olduqca ləng hərəkət edirdik, emosiya çatmırdı”.

Tiaqo Motta isə havanın isti olmasından şikayətlənib:

“Bəlkə də indi bu haqda danışmaq düzgün deyil, ancaq hesab edirəm ki, məğlubiyyətimizin əsas səbəbi isti hava şəraiti idi. Bu amil bizə haqq qazandırmasa da, həqiqətdi. İngiltərəyə qarşı Manausda başqa vaxtda oynadıq. Bizimlə qarşılaşmada kosta-rikalılar özlərini daha rahat hiss edirdilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm