Adanın çempionunu tanıyaq
Bizi izləyin

İdman

Adanın çempionunu tanıyaq

Adanın çempionunu tanıyaq

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Publika.az xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsinə vəsiqə uğrunda Maltanın "Valletta" klubu ilə qarşılaşacaq. Ağdam klubu ilk matçını səfərdə keçirəcək.

"Valletta" futbol klubu 1943-cü ildə Maltanın paytaxtı Vallettada yaradılıb. "Qarabağ"ın rəqibi ölkəsində ən çox çempion adını qazanmış üçüncü komandadı. Belə ki, tarixi ərzində 22 dəfə Malta çempionu olan "Valletta" "Slima" və "Floriana"dan geri qalır. Son çempion həmçinin 13 dəfə Malta Kubokunun, 10 dəfə Superkubokunun qalibi olub.

"Valletta" 29 dəfə avrokubokların iştirakçısı olub. Belə ki, komanda 11 dəfə UEFA Kubokunda (Avropa Liqası, 8 dəfə Çempionlar Liqasında, 8 dəfə Kuboklar Kubokunda, 2 dəfə UEFA İntertoto Kubokunda iştirak edib.

"Qarabağ"ın rəqibi avrokuboklarda 4 dəfə mərhələ adlayıb. 2009/10 mövsümündə Avropa Liqasında, 1999/2000, 2011/12 və 2012/13 mövsümlərində Çempionlar Liqasında II təsnifat mərhələsinə çıxan komanda burda mübarizəni dayandırıb.

"Valletta"nın hazırda baş məşqçisi yoxdu. Ötən mövsüm komandanı çalışdıran Mark Miller istefa verib. Hazırda komandaya məşqçi Cilbert Aqius başçılıq edir. 2001-ci ildən "Valletta"da çalışan, baş məşqçilər Mark Miller və Andre Pausun köməkçisi olmuş 40 yaşlı mütəxəssis 1990-cı ildən karyerasının sonunadək - 2013-cü ilə qədər bu komandada çıxış edib. Bu müddət yalnız iki dəfə icarəyə verilib. 2001/02 mövsümündə İtaliyanın "Pisa" klubunda oynayan Arius 2013-cü ildə Maltanın "Xevkiya" komandasında top qovub.

"Valletta"nın heyətində Gürcüstan, Qambiya, İngiltərə, Braziliya, Tunis və Avstraliyadan 6 futbolçu çıxış edir. Conathan Karuana, Stiv Borq, Ryan Feneş, Şaun Bayada, Luke Dimex, Ryan Kamilleri Malta yığmasının üzvüdü. İan Azzopardi, Edmond Aqius, Jean Pyerre Triqanza və Roderik Briffa əvvəllər yığmada çıxış edib. Nukri Revişvili Gürcüstan, Hamza Barri Qambiya millisinə çağılır, Abdülkərim Nafti isə Tunis yığmasına dəvət alıb.

"Transfermarkt" "Valletta"ya 3,98 milyon avro qiymət qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm