
Hafiz Məmmədovun təxminən 2 həftə öncə "Şeffild Vensdey"in səhmlərini alması açıqlansa da, təhvil-təslim işləri tam yekunlaşmayıb.
Publika.az xəbər verir ki, İngiltərə mətbuatı alqı-satqının gələn ay yekunlaşacağını bildirib.
Bu isə komandanın baş məşqçisi Stüart Qreyi narahat edir. Təcrübəli mütəxəssis bir an öncə transfer fəaliyyətinə başlayıb, komandanı gücləndirmək haqda fikirləşir: "Transfer məsələləri ilə bağlı bəzi təkliflər almışıq. Ümid edirəm ki, tezliklə yaşıl işıq yanacaq və biz bunları dəyərləndirəcəyik. Səbrlə sənədləşmənin başa çatmasını gözləyirik. Razılıq aldıqdan sonra çox aqressiv olacağıq".