Nənə: “Onu it kimi qovdular”
Bizi izləyin

İdman

Nənə: “Onu it kimi qovdular”

Nənə: “Onu it kimi qovdular”

Uruqvay millisinin lideri Lusi Suaresin FİFA tərəfindən cəzaya məruz qalması ilə bağlı məlumat vermişdik.

Publika.az xəbər verir ki, Suaresin cəzası dünyanın hər yerində müzakirə olunur.

Futbolçunun nənəsi də məsələyə biganə qalmayıb. Suaresin nənəsi Lila Pris Da Rosa nəvəsinin mundialdan qovulmasını ədalətsizlik adlandırıb. Nənə FİFA-nı ittiham edib:

“Hər kəs bilir ki, onlar Suareslə necə rəftar etdilər. Onlar Suaresi çempionatdan qovmaq istəyirdilər və ilk belə fürsəti tapan kimi istəklərini gerçəkləşdirdilər. Suaresi çempionatdan it kimi qovdular. FİFA onunla varvarlar kimi davrandı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm