Dünya çempionatının keçirilmə vaxtı gələn il məlum olacaq
Bizi izləyin

İdman

Dünya çempionatının keçirilmə vaxtı gələn il məlum olacaq

FIFA prezidenti Yozef Blatter bəyan edib ki, 2022-ci ildə Qətərdə futbol üzrə dünya çempionatının keçirilmə vaxtı ilə bağlı qərar 2015-ci ildən tez qəbul edilməyəcək.

FIFA prezidenti Yozef Blatter bəyan edib ki, 2022-ci ildə Qətərdə futbol üzrə dünya çempionatının keçirilmə vaxtı ilə bağlı qərar 2015-ci ildən tez qəbul edilməyəcək.

Y.Blatter Sankt Peterburqda mətbuat konfransında bildirib: "Biz təzəlikcə 2018-ci il dünya çempionatına hazırlaşırıq, lakin diqqət 2022-ci ilə yönəlib. Biz əvvəlcə 2014-cü il dünya çempionatını başa vurmalıyıq, 2015-ci ildə konqresdən sonra isə qışda oynaya bilib-bilməyəcəyimizlə bağlı qərar qəbul edəcəyik. Qərar hələ qəbul edilməyib, bizim 8 il vaxtımız var".

FIFA prezidenti əlavə edib ki, ərəb ölkələrinin dünya çempionatına çıxışı olmalıdır: "Mən meteorologiya üzrə mütəxəssis deyiləm, hazırda bununla ekspertlər məşğuldurlar. Yayda bu regionda futbol oynamaq asan olmayacaq. Bütün maraqlı tərəflərlə məsləhətləşmələr açıqdır. Beynəlxalq təqvimdə dəyişiklik edilə bilər. Qərar verilsə, bunu hamı qəbul etməlidir".

Qeyd edək ki, yanvarın əvvəlində FIFA-nın baş katibi Jerom Valke 2022-ci il futbol üzrə dünya çempionatının yayda deyil, qışda keçiriləcəyini bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm