Qəbələdə tarixi gün
Bizi izləyin

İdman

Qəbələdə tarixi gün

Qəbələdə tarixi gün

Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Publika.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən klublardan ikisi – “Qəbələ” və “İnter” də mübarizəyə qoşulacaq.

Bölgə klubu Bosniya və Herseqovina “Şiroki Briyeq”i ilə üz-üzə gələcək. Təmsilçimiz ilk oyunu doğma meydanda keçirəcək. “Qəbələ” “Şiroki Briyeq”lə cavab matçını bir həftə sonra - iyulun 10-da səfərdə keçirəcək.

“İnter” isə Moldova “Tiraspol”u ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyunu səfərdə keçirəcək. “İnter” “Tiraspol”la cavab matçına bir həftə sonra - iyulun 10-da Bakıda çıxacaq.

3 iyul

Avropa Liqası

Birinci təsnifat mərhələsi (ilk oyun)

20:00. Qəbələ - Şiroki Briyeq

Hakimlər: Artyom Kuçin, Yevgeni Belski, Rustam Suyunov, Denis İzmaylov (hamısı Qazaxıstan).

Qəbələ. Şəhər stadionu.

22:00. Tiraspol – İnter

Hakimlər: Ante Vuçemiloviç, Dalibor Konyar, Hrvoje Barişiç, Damir Batiniç (hamısı Xorvatiya).

Tiraspol. “Şerif” stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm