“Valensiya” Pitsini də qovdu
Bizi izləyin

İdman

“Valensiya” Pitsini də qovdu

“Valensiya” Pitsini də qovdu

İspaniyanın “Valensiya” komandası baş məşqçi Xuan Antonio Pitsi ilə yolları ayırıb.

Publika.az xəbər verir ki, bu barədə klubun direktorlar şurasının iclasında qərar qəbul olunub. Klubun rəsmi saytı məlumatı təsdiqləyib və argentinalı mütəxəssisə “Valensiya”dakı işinə görə təşəkkür edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Klub rəhbərliyi Pitsiyə kompensasiya ödəyəcək. Onun “Valensiya” ilə müqaviləsi 2015-ci ildə başa çatırdı.

Pitsinin rəhbərliyi altında “Valensiya” ötən mövsüm Avroliqanın finalına çıxmışdı. İspaniya çempionatında isə “yarasalar” 8-ci yerlə kifayətlənməli olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm