Məhəmməd Əlini kasıb oğlu ilə görüşməyə qoymurlar- FOTOLAR
Bizi izləyin

İdman

Məhəmməd Əlini kasıb oğlu ilə görüşməyə qoymurlar- FOTOLAR

Məhəmməd Əlini kasıb oğlu ilə görüşməyə qoymurlar

Boks əfsanəsi Məhəmməd Əlinin oğlu atası ilə görüşə bilməməsindən şikayətlənir.

Publika.Azxəbər verir ki, boksçunun öz adını daşıyan 41 yaşlı oğlu atasının 4-cü arvadının – analığının onların görüşünə hər dəfə müxtəlif bəhanələrlə mane olduğunu deyib.

Əfsanə boksçunun oğlu yoxsulların yaşadığı məhəllədə məskunlaşıb.

O, analığınının atasıyla telefonla danışamasına belə izin vermədiyini bildirib:

“Problemləri başlayanda atam tez Lonnie ilə evləndi. Bundan sonra artıq biz onu görə bilmədik. Onun öz qardaşını belə görməsi mümkün deyil, səbəbi Lonniedir.

Mən atama 72-ci yaş günü zəng etməyə çalışdım. Lakin cavab vermədi. Ona zəng edən zaman arvadı deyir ya duşdadır, ya terapiyadadır, ya da yatır. O qadın hər cür vasitələrlə bizim görüşümüzə mane olur.

Lonnie atamızı əlimizdən aldı. Atam indi məni görmək, mənimlə danışmaq istəmir. Çünki Lonnie mənim haqda atama yalan sözlər danışıb.

Atam ağır parkinson xəstəsidir. Onunla bir az vaxt keçirmək istəyirəm, amma qoymurlar”.

Qeyd edək ki, Məhəmməd Əlinin 7 qızı, Məhəmməd Əli və Əssəd adlı iki oğlu var. Onun qızı Leyla Əli də atası kimi boksçudur.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm