Almaniya Braziliyaya dərs keçdi: 7-1
Bizi izləyin

İdman

Almaniya Braziliyaya dərs keçdi: 7-1

69-cu dəqiqədə Braziliya-Almaniya matçında hesab yenidən dəyişib. Şürle 2 top vurmaqla hesab arasındakı fərqi daha da artırıb : 0-7. Braziliya yığması bu toplardan birini əvəzini çıxa bilib: 1-7. Oyun bu hesabla başa çatıb və Almaniya finala yüksəlib.

01:45:00
Publika.az-ın məlumatına görə, qolları braziliyalıların qapısından Miroslav Klose (23-cü dəqiqə), Toni Kroos (24), Toni Kroos (26) və Sami Khedira (29) vurublar. Birinci hissə bu hesabla başa çatıb.

01:27:00

Miroslav Klose 23-cü dəqiqədə ikinci rəqibin qapısına vurdu. Almanlar 25-ci dəqiqədə üçüncü qolu, 26-cı dəqiqədə isə dördüncü topu braziliyalıların qapısından keçirdilər. 29-cu dəqiqədə isə Kedira fərqlənir - 0-5

01:23

Tomas Müler matçın 11-ci dəqiqəsində Almaniyanı hesabda önə keçirdi. 0-1

01:00:00

Braziliya və Almaniya millilərinin futbol üzrə dünya çempionatının yarımfinal oyunundakı heyətləri açıqlanıb. Publika.azın məlumatına görə, komandalar Belu-Orizontidəki "Mineyrao - Qubernator Maqalğəns Pintu" stadionundakı qarşılaşmaya aşağıdakı heyətlərlə çıxacaqlar.

Braziliya: Culio Sezar, David Luis (kapitan), Fernandinyo, Marselo, Halk, Fred, Oskar, Dante, Luis Qustavo, Bernard, Maykon.

Almaniya: Noyer, Hövedes, Hummels, Kedira, Şvaynştayqer, Özil, Kloze, Müller, Lam (kapitan), Kroos, Boateng.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm