“İstəmirlərsə, qalmağı düşünmürəm”
Bizi izləyin

İdman

“İstəmirlərsə, qalmağı düşünmürəm”

“İstəmirlərsə, qalmağı düşünmürəm”

Braziliya millisinin heyətində mundialda uğursuzluğa məruz qalan Dani Alvesi indi də klubdakı taleyi qayğılandırır.

Publika.az xəbər verir ki, Alves “Barselona”nın yeni baş məşqçisi Luis Enrike ilə görüşmək niyyətindədir. Futbolçu baş məşqçinin ona güvənib-güvənmədiyindən məlumatsız olduğunu bildirib:

“İstirahətdən sonra Luis Enrike ilə görüşəcəm və gələcək taleyimə aydınlıq gətirəcəm. Baxaq görək, klub mənim xidmətimdə maraqlıdır, ya yox.

Baş məşqçinin barəmdə nə düşündüyünü, məndən nə tələb etdiyini bilmək istəyirəm. Məni “Barselona”da istəmirlərsə, orda qalmağı düşünmürəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm