İdman
“Nurgün Motors”un sahibi Nuru Əliyev kimdən şikayət edəcək?
“Nurgün Motors”un sahibi Nuru Əliyevin sponsorluq etdiyi "Rəvan"ın qapıçısı Kamal Bayramovla yarımmüdafiəçisi Ayaz Mehdiyev Türkiyənin PTT Liqasında mübarizə aparan "Girəsunspor"la müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, futbolçuların Türkiyə klubu ilə müqavilə imzalaması “Rəvan” rəhbərliyini narazı salıb. Nuru Əliyevin komandası bununla bağlı FİFA-ya şikayət etməyə hazırlaşır. Klub rəhbərliyi futbolçuların keçidini qanunsuz hesab edir.
“Rəvan” onlara görə “Girəsunspor”dan kompensasiya tələb edir. Komandanın vitse-prezidenti Bəhruz Şirəliyev futbolinfo.az saytına verdiyi açıqlamada FİFA-ya şikayət etməkdə israrlı olduqlarını bildirib:
"Futbolçular Türkiyə klubu ilə bizdən xəbərsiz müqavilə imzalayıb. "Girəsunspor" Kamalla Ayazın bizimlə müqaviləsi olduğunu bilməliydi. Bundan sonra onlar bizə müraciət etməlidi. Türklər müraciət etdikdən sonra, biz də öz sözümüzü deyəcəyik.
Klub bizə müraciət etməsə, o adamlar orada futbol oynaya bilməyəcək. Türklərin bizə müraciət edəcəyini düşünürəm. Müraciət olunmasa, bu məsələ yubansa, FİFA-ya şikayət edə bilərik. Futbolçularla yanaşı, "Girəsunspor" da qaydaları pozub. Oyunçuların müqaviləsi ola-ola digər bir komanda ilə müqavilə imzalaması mümkünsüzdü. Bu, bütün qaydalara ziddir.
Kamal Bayramovla Ayaz Mehdiyevin "Girəsunspor"la bağladığı müqavilə saxta sayılır. Həmin müqavilənin heç bir qüvvəsi yoxdu. Bu müqavilə qaydalara uyğun olaraq qeydiyyatdan keçməlidi. Futbolçu başqa bir ölkə klubuna keçdiyi halda federasiyaya müraciət olunub, transfer sertifikatı alınmalıdı. Ancaq bu işlərin heç biri qaydalara uyğun aparılmayıb".
Qeyd edək ki, Kamal Bayramov mətbuata verdiyi açıqlamada “Rəvan”ın ona borcu olduğunu, amma pulunu ala bilmədiyini bildirmişdi. FİFA-nın qaydalarına görə, klub 3 ay ərzində futbolçunun məvacibini ödəyə bilməsə, o, azad agent statusu alaraq istənilən komandaya keçə bilər.
Futbolçular “Rəvan”ın onlara borcu olduğunu sübut edə bilsələr, Nuru Əliyevin FİFA-ya şikayətinin heç bir əhəmiyyəti olmayacaq.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu