“Everton” fanatından xəstə uşağa görə qeyri-adi addım
Bizi izləyin

İdman

“Everton” fanatından xəstə uşağa görə qeyri-adi addım

“Everton” fanatından xəstə uşağa görə qeyri-adi addım

“Everton”un fanatı 4 yaşlı xəstə uşağın müalicəsinə pul toplamaq üçün düşmən klubun devizini kürəyinə tatuirovka edib.

Publika.az xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən 4 yaşlı Corc Consonun ABŞ-da əməliyyat olunması üçün 15 min funt sterlinq tələb olunur.

Uşağın durumundan təsirlənən “Everton” fanatı Met Boumen bu məsələyə diqqət çəkmək üçün qeyri-adi üsuldan yararlanıb. Fanat kürəyinə “Liverpul”un məşhür devizini-«You'll never walk alone» (Sən heç vaxt tək addımlamayacaqsan) döydürüb.

Fanat özü məsələyə belə açıqlama verib: “Mən onun üçün nəsə etmək istədim. Uşağa dəstək kampaniyasının geniş vüsət alması üçün bunu etmək lazım idi.

Mənim addımımda xoş niyyət var. Hətta döyməni görməmişəm. Bir az ağrıtdı, ancaq bu proses cəmisi 1 saat çəkdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm