• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Dünyanı idarə edənlər orda belə həyəcanlanır – FOTOLAR

  • İdman
  • 22 İyul 2014 00:05
  • 1 525 Baxış
Dünyanı idarə edənlər  orda belə həyəcanlanır – FOTOLAR

İndi ölkə prezidentlərinin, baş nazirlərin futbol oyunları zamanı stadionlarda görünməsi adi haldır.

Publika.az xəbər verir ki, dövləti idarə edənlər tribunada əyləşərkən rəsmi şəxs olduğunu tamamilə yaddan çıxarır, emosiyalarına hakim ola bilmirlər. Rusiyanın mərhum prezidenti Boris Yeltsin “Spartak”ın azarkeşi olub. Belçikanın “Antverpen” komandası ilə oyunu stadiondan izləyən Yeltsin “Spartak”ın vurduğu qola əsl fanat kimi reaksiya göstərib.

1998-ci ildə keçirilən dünya çempionatında Argentina prezidenti Karlos Menemin İngiltərə üzərindəki qələbəyə necə sevindiyini görməyə dəyər.

Hələ 2006-cı ildə Fransa prezidenti Jak Şirakın milli komandanın oyununda necə həyəcanlandığını demirik.

Elə həmin dünya çempionatında Visente Foks özünü Meksikanın prezidenti yox, əsl amiqo kimi aparıb.

2006-cı ilin 1/4 final mərhələsinin oyununda Ukrayna prezidenti Viktor Yuşşenkonun da həyəcan keçirdiyi sezilir.

2010-cu ildə dünya çempionatının pley-off qarşılaşmasını Rusiya prezidenti Putinlə birgə izləyən Sloveniya prezidenti Borut Paxor millinin qol imkanından yararlanmamasına üzülür.

“Aston Villa”nın azarkeşi olan İngilətərinin baş naziri Devid Kemeron oğlundan daha çılğın azarkeşdir.

Putin futbol oyununda nə qədər ciddidirsə, “Zenit”in azarkeşi olan Dmitriy Medvedev bir o qədər çılğındır.

Braziliyanın prezidenti Dilma Russeflə, Almaniya kansleri Anqela Merkelin emosiyasını görməyə dəyər.

Hə, bir də Şimali Koreyanın lideri Kim Çen Inın həyəcanı. Yox, o, Braziliyada keçirilən dünya çempionatının finalını yox, Şimali Koreyanın iştirakı ilə keçirilən yoldaşlıq görüşünü izləyir. Kim Çenn In olduqca məmnun görünür. Yəqin ki, Şimali Koreya qalib gəlir.

Publika.az müxtəlif ölkələrin dövlət başçılarının futbol oyunlarında yaşadığı həyəcanı əks etdirən fotoları təqdim edir:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR