
Kiyev “Dinamo”sunun keçmiş futbolçusu Valentin Belkeviç vəfat edib.
Publika.az xəbər verir ki, 42 yaşlı Belkeviçin ölümünə tromb səbəb olub.
O, 1996-2007-ci illərdə “Dinamo”da çıxış edib. 7 dəfə Ukrayna çempionluğunu qazanıb. Belkeviç 1992-2005-ci illərdə Belarus millisinin şərəfini qoruyub.
Qeyd edək ki, Belkeviç 2008-2009 mövsümündə Bakının “İnter” klubunda forma geyinib.