Yunis Hüseynov: “Qarabağ” üçün asan olmayacaq”
Bizi izləyin

İdman

Yunis Hüseynov: “Qarabağ” üçün asan olmayacaq”

Azərbaycanlı futbol mütəxəssisi Yunis Hüseynov “Qarabağ”ın ÇL-dəki gözlənilən çıxışı ilə bağlı proqnoz verib.

Y. Hüseynov “Zalsburq”un cavab matçına yaxşı hazırlaşacağını və açıq oyunun “Qarabağ” üçün pis nəticələnə biləcəyini deyib: “Etiraf edim ki, "Zalsburq"la ilk oyunda "Qarabağ"dan qələbə gözləmirdim. Buna baxmayaraq, "Qarabağ" çox gözəl oyun göstərdi. Növbəti görüş elə də asan olmayacaq. Düşünürəm ki, "Qarabağ" səfər matçında müdafiədən çıxış edəcək.

Təmsilçimizin açıq futbol oynayacağına inanmıram. Çünki açıq futbol “Qarabağ” üçün acınacaqlı bitə bilər. Rəqib cavab matçına ciddi hazırlaşır. Həmçinin düşünürəm ki, Reynaldo və Telinin cavab matçında olmaması "Qarabağ"ın oyununa bir az mənfi təsir göstərəcək. Komandamıza uğurlar arzulayıram”.

Qeyd edək ki, "Zalsburq" - "Qarabağ" matçı avqustun 6-da, saat 23:30-da başlayacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm