“Sərhədçi”lər döyüşə hazırlaşırlar
Bizi izləyin

İdman

“Sərhədçi”lər döyüşə hazırlaşırlar

Bu gün Pankration və MMA üzrə açıq Azərbaycan çempionatı keçiriləcək. Yarış "Sərhədçi" İdman Olimpiya Mərkəzində baş tutacaq.

Publika.az xəbər verir ki, turnir Azərbaycan Pankration, Qrepplinq və MMA Federasiyasının dəstəyi ilə keçirilir. Güclülərin mübarizə apardığı turnirin təşkilatçısı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “AZERBAIJAN FIGHT CLUB”dur.

Qeyd edək ki, yarışdan öncə keçirilən mətbuat konfransında Azərbaycan MMA, Pankration və Qrepplinq Federasiyasının prezidenti Azad Əsgərov və vitse-prezidenti Şəhriyar Abbasovla yanaşı, Dünya Pankration Federasiyasının vitse-prezidenti Vladimir Styopkin də iştirak edib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm