“Qarabağ” üçün hansı şərait yaradılır?
Bizi izləyin

İdman

“Qarabağ” üçün hansı şərait yaradılır?

Mətbuatda yayılan iddialara görə, avqustun 16-da Premyer Liqanın II turu çərçivəsində keçiriləcək "Qarabağ"-"İnter" oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda olmaya bilər.

Səbəb isə stadionun “Qarabağ"ın Avropa Liqadakı çıxışı üçün hazırlanmasıdır. Məsələyə aydınlıq gətirmək üçün Tofiq Bəhramov adına Respublika Stadionun direktoru Akif İsmayılovla əlaqə saxladıq.

Publika.az-a danışan stadion rəhbəri qərara belə aydınlıq gətirdi: “Birincisi, qarşılaşma avqustun 16-da baş tutacaq. Biz də stadionda qazona yeni toxum səpmişik. Bundan əlavə, həmin görüşdən 5 gün sonra Avropa Liqasının play-off mərhələsində "Qarabağ" "Tvente”ni bu stadionda qonaq edəcək.

Biz də düşünürük ki, "Qarabağ"-"İnter" mərkəzi stadionda olmasın. Stadionun ot örtüyü bir qədər korlana bilər. Ancaq onu da deyim ki, “Qarabağ” həm "İnter"lə, həm də hollandlarla oyunu stadionumuzda keçirmək istəsə, buna maneə yaratmayacağıq. Sadəcə olaraq, “İnter”lə oyun burada olarsa, "Tvente" qarşılaşmasına ot örtüyü lap əla səviyyədə olmayacaq".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm