Qeyri-adi təklif: “Bu, həyəcan gətirəcək”
Bizi izləyin

İdman

Qeyri-adi təklif: “Bu, həyəcan gətirəcək”

Qeyri-adi təklif: “Bu, həyəcan gətirəcək”

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo futbolda yeni qaydanın tətbiq olunması zərurəti haqda danışıb.

Publika.az xəbər verir ki, portuqaliyalı mütəxəssis baş məşqçilərin oyunun birinci və ikinci hissəsində taym-aut götürmələrinə icazə verilməsinin vacib olduğunu deyib:

“Futbolda qaydalar çox gec dəyişir. Qapı xətti texnologiyasının futbolda tətbiqi bir neçə il ləngidi. Ümid edirəm ki, gələcəkdə məşqçilərin matçı dayandıraraq oyunçuları ilə danışmasına imkan veriləcək.

Bu, futbola yeni həyəcan gətirəcək. Dünya çempionatında su fasiləsi verilən zaman Lui van Qal futbolçularla danışıraq bəzi dəyişikliklər etmişdi. Bu isə onlara qələbə qazandırmışdı”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm