
“Milan” Fernando Torresin keçidi ilə bağlı “Çelsi ilə razılığa gəlib.
Publika.az xəbər verir ki, İtaliya nəhəngi Torresi 2 illik icarəyə götürüb. Müqavilənin müddəti 2016-cı ilə qədər nəzərdə tutulub.
Maraqlıdır ki, Torresin “Çelsi” ilə müqaviləsi də 2016-cı ildə başa çatır. Bu isə o deməkdir ki, artıq Torresin “Çelsi” karyerası yekunlaşıb.
Torres 2011-ci ildən çıxış etdiyi “Çelsi”də 172 oyun keçirib, 45 qol vurub.