Mükafat alarkən halı pisləşdi, səhnədə yıxıldı – VİDEO
Bizi izləyin

İdman

Mükafat alarkən halı pisləşdi, səhnədə yıxıldı – VİDEO

Mükafat alarkən halı pisləşdi, səhnədə yıxıldı – VİDEO

Mükafatlandırma mərasimində futbolçu Alfred Finnboqasonun halı pisləşib.

Publika.az xəbər verir ki, ötən il Hollandiyanın ən çox qol vuran oyunçusu seçilən 25 yaşlı hücumçu Amsterdamda keçirilən mükafatlandırma mərasimində səhnəyə çıxdıqdan sonra ürəyinin bulandığını deyib. Huşunu itirən futbolçu yerə yıxılıb. Oyunçuya ilkin tibbi müdaxilə edilib.

Mərasimdə diqqətçəkən başqa bir məqam isə futbolçunun özünü pis hiss etdiyini dediyi zaman, onunla eyni səhnədə olan hollandiyalı oyunçu Van Nistelrooyun səbəbsiz gülümsəməsi olub. Finnboqason özünə gələndən sonra mükafatını almaq üçün səhnəyə qayıdıb.

Qeyd edək ki, Alfred yay transfer dönəmində İspaniyanın "Real Sosedad" klubuna keçib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm