Ağasəlim Mircavadov: “Berti Foqts da dedi ki...”
Bizi izləyin

İdman

Ağasəlim Mircavadov: “Berti Foqts da dedi ki...”

Ağasəlim Mircavadov: “Berti Foqts da dedi ki...”

Bu gün Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.

Millimiz Bakıda Bolqarıstanla qarşılaşacaq. Təcrübəli məşqçi Ağasəlim Mircavadov Publika.az-a verdiyi açıqlamada Azərbaycan - Bolqarıstan görüşü barədə fikirlərini bölüşüb:

"Bu tsikldə milli komandamızdan daha uğurlu nəticə gözlənilir. Berti Foqts da dedi ki, qrupda 3-cü yer uğrunda mübarizə aparacağıq. AÇ-2016-ya düşmək istəyiriksə, Bolqarıstanı evdə məğlub etmək lazımdır.

İlk görüşdən çox şey asılıdır. Rəqib yaxşı heyətə malikdir. Bolqarlarla oyun asan olmayacaq. Ona görə mütləq öz oyunumuzu göstərməli və 3 xal qazanmalıyıq. Bu oyundan sonra gələcək matçlar barədə nə isə demək asan olacaq".

Qeyd edək ki, Azərbaycan – Bolqarıstan oyunu saat 21-00-da başlayacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm