Almaniyada birinci onu qovdular
Bizi izləyin

İdman

Almaniyada birinci onu qovdular

Almaniyada birinci onu qovdular

Bundesliqada ilk məşqçi istefası gerçəkləşib.

Publika.az xəbər verir ki, mövsümə uğursuz başlayan “Hamburq” Mirko Slomkayla yollarını ayırıb. Bu qərar rəhbərliyin dünən keçirilən təcili toplantısında verilib.

İlk üç turda aktivinə yalnız 1 xal yazan şimal klubu hələ qol hesabını açmayıb. Rəhbərliyin səbr kasasını daşıran da çox güman ki, bu amil olub.

Slomka “Hamburq”a bu ilin fevralında - komanda təhlükəli zonada olanda baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında şimallılar Bundesliqada qalmağı bacardı. Yayda aktiv transfer siyasəti həyata keçirən “Hamburq”dan daha yaxşı start gözlənilirdi.

Hələ ki, Slomkanın yerinə kimin gətirələcəyi bilinmir. Arzulanan namizədlər arasında “Maynts”ın sabiq çalışdırıcısı Tomas Tuxel daha şanslı görünür. Yayda Tuxel bir illik məzuniyyətə çıxmaq istədiyini bildirmişdi. Bu üzdən “Maynts” təcili baş məşqçi axtarmaq məcburiyyətində qalmışdı.

Mümkün namizədlər arasında vaxtilə “Hamburq”u çalışdıran Huub Stevensin də adı var. Artıq futbolçulara bugünkü məşqin ləğv edildiyi çatdırılıb. Rəhbərlik komandanı əvəzediciləri çalışdıran Yozef Tsinnbauerə də həvalə etməkdən çəkinir. Növbəti turda “Hamburq” öz meydanında “Bavariya”nı qəbul edəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm