Bu stadionun üstündə davadır
Bizi izləyin

İdman

Bu stadionun üstündə davadır

Bu stadionun üstündə davadır

"Vest Hem" klubunun vitse-prezidenti Karren Bredi "Tottenhem"in "Olimpiya" stadionunda oynamasına icazə verməyəcəklərini deyib.

Publika.az xəbər verir ki, vitse-pezident stadionun əsas icraçısının “Vest Hem” olduğunu deyib:

"Tottenhem" arenanı bizimlə bölüşə bilər. İlk növbədə icazə almalıdırlar. Ancaq heç kim bu barədə bizdən heç nə soruşmayıb.

Soruşsalar belə “yox” deyəcəyik. Stadionun əsas icarəçisi bizik, icazəmiz olmadan heç kəs orda oynaya bilməz".

Qeyd edək ki, "Vest Hem" tezliklə "Apton Park"ı tərk edəcək və ev oyunlarını "Olimpiya" stadionunda keçirəcək. "Tottenhem" isə "Uayt Hart Leyn"dəki təmir işləri səbəbindən müəyyən müddətə sözügedən arenada oynamaq istəyir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm