Fariz Məmmədov dünya onluğunda - “Möcüzə o halda baş verə bilər ki...”
Bizi izləyin

İdman

Fariz Məmmədov dünya onluğunda - “Möcüzə o halda baş verə bilər ki...”

Fariz Məmmədov dünya onluğunda - “Möcüzə o halda baş verə bilər ki...”

“Qəbələ” idman klubunun üzvü peşəkar boksçu Fariz Məmmədov Ümumdünya Boks Təşkilatının (WBO) sentyabr ayı üçün açıqlanan yeni reytinq cədvəlində mövqeyini gücləndirib.

Publika.az xəbər verir ki, bu barədə idman klubu məlumat yayıb. F.Məmmədov hələ iyunun 8-də almaniyalı Mattias Pelkə nokautla qalib gəlib WBO-nun Avropa kəmərinə sahib çıxmaqla orta yüngül çəki dərəcəsində (66.68 kq) dünyanın ən güclü 10 boksçusu sırasına düşüb. İndi idmançımız avqust ayı ilə müqayisədə mövqeyini daha da gücləndirib.

Ötən ay doqquzuncu yerdə olan F.Məmmədov sentyabrda bir pillə də irəliləyib və hazırda öz çəki dərəcəsi üzrə dünyada səkkizincidir.

Bu çəkidə reyqinq cədvəlinə mütləq dünya çempionu, meksikalı Xuan Manuel Markes başçılıq edir. Namibiyalı Behtel Ushona ikinci, amerikalı Timoti Bredli isə üçüncüdür.

İdmançının özü sosial şəbəkədə maraqlı fikir paylaşıb: “Boksda döyüşçü gücünün bitməsi və qabırğalarının sınmasına baxmayaraq, mübarizini davam etdirirsə, bu, möcüzədir. Möcüzə o halda baş verə bilər ki, insan arzuları üçün başqalarının görə bilmədiyi hər şeyi risk altına atır”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm