İspaniyada oyun alveri – 20 futbolçu dindirildi
Bizi izləyin

İdman

İspaniyada oyun alveri – 20 futbolçu dindirildi

İspaniyada oyun alveri – 20 futbolçu dindirildi

İspaniya prokurorluğu 20 futbolçunu sorğu-sual edib.

Publika.az xəbər verir ki, həmin futbolçular 2011-ci ildə keçirilən “Levante”-“Saraqosa” oyununa görə dindirilib. Qarşılaşmanın danışılmış xarakterli olması ilə bağlı şübhələr var.

İspaniya çempionatının sonuncu turuna təsadüf edən həmin qarşılaşmada “Saraqosa” 2:1 hesabı ilə qalib gəlmişdi. Məhz bu qələbə sayəsində komanda 2-ci dəstəyə düşməkdən xilas olmuşdu.

İddialara görə, bir neçə futbolçu oyunun nəticəsinin əvvəlcədən müəyyənləşdirilməsində iştirak edib.

Həmin vaxt “Saraqosa”nın heyətində İrji Yaroşik, hazırda “Mançester Yunayted”in şərəfini qoruyan Ander Errera kimi məşhur futbolçular da olub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm