• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Neftçi”nin yeni vitse-prezidenti kimin adamıdır?

  • İdman
  • 1 Oktyabr 2014 10:23
  • 1 144 Baxış
“Neftçi”nin yeni vitse-prezidenti kimin adamıdır?

“Neftçi”yə yeni vitse-prezidentin təyin olunduğu barədə məlumat vermişdik. Elnur Məmmədov bu gün komandaya təqdim olunacaq.

Publika.az xəbər verir ki, Elnur Məmmədov AFFA-nın İnfrastruktur və İT üzrə direktoru, UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin üzvüdü. Federasiyada bir müddət akademiyanın meneceri qismində çalışan Məmmədov, klassik Elxan Məmmədov “kadr”ıdı.

O, ötən il Bakıda hərbçilər arasında keçirilən 1-ci Dünya çempionatının təşkil olunması və keçirilməsini təmin etdiyi üçün müdafiə nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilib (AFFA-nın baş katibi Elxan Məmmədov və mavini Sərxan Hacıyev də təltif olunmuşdu).

Elnur Məmmədov həmçinin AÇ-2020-nin təşkilində Bakının namizədliyinin təbliği üzrə yaradılan İşçi Qrupun 7 üzvündən biri olub. O, bəzi rəsmi beynəlxalq matçlarda fan-klubla iş üzrə əlaqələndirici şəxs rolunu oynayıb, daha dəqiqi AFFA-nın Fan-klublar üzrə koordinatoru olub.

Bununla yanaşı, Məmmədov Azərbaycandan keçirilən 17 yaşadək qızlar arasında Dünya çempionatının yerli Təşkilat Komitəsinin üzvü və federasiyanın Lisenziyalaşdırma Qrupunun İnfrastuktur meyarları üzrə eksperti postunu da tutub.

Bir sözlə, bu şəxsi AFFA-nın baş katibi Elxan Məmmədovun, dolayısı ilə də onun federasiyadakı hamisi Elşad Nəsirovun kadrı hesab etmək olar.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR