Əfsanəvi futbolçular meydana qayıdır
Bizi izləyin

İdman

Əfsanəvi futbolçular meydana qayıdır

Tarixdə ilk dəfə olaraq əfsanəvi futbolçular arasında dünya çempionatının keçirilməsi 2016-cı ilə planlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə Trend İspaniya KİV-ə istinadən məlumat yayıb.

Turnirin layihəsi ötən gün Parisdə təqdim olunub. Yarışda 35-45 yaşlı futbolçulardan ibarət 16 komandanın iştirak edəcəyi nəzərdə tutulur.

Əfsanəvi futbolçuların çempionatı iki ildən bir müxtəlif ölkələrdə keçiriləcək.

Turnirin təşkilatçıları arasında "Barselona"nın sabiq futbolçusu Patrik Klyuvert və Qaiska Mendyeta da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm