UEFA Çempionlar Liqasında püşk sistemini dəyişdirdi
Bizi izləyin

İdman

UEFA Çempionlar Liqasında püşk sistemini dəyişdirdi

UEFA Çempionlar Liqasında püşk sisteminin dəyişdiyini açıqlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni qaydalara əsasən turnirin son qalibi olan komanda qarşıdakı mövsümdən etibarən 1-ci torbadan püşkatmaya qatılacaq.

Birinci torbadakı digər 7 komanda isə ölkə sıralamasında ilk 7 yerdə qərarlaşan çempionatların qalibləri olacaq. Əgər Çempionlar Liqasının əvvəlki mövsümün çempionu ölkə sıralamasında ilk 7 yerdə qərarlaşan liglərdən birinin çempionu olarsa, 8-ci yerdə qərarlaşan ölkənin çempionu da 1-ci torbada yer alacaq.

Digər torbalar isə əvvəlki sistemlə toplanılan ballara görə müəyyənləşdiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm