Qurbanovdan cavab: “Yığmada işləyərəm”
Bizi izləyin

İdman

Qurbanovdan cavab: “Yığmada işləyərəm”

Berti Foqtsun gedişindən sonra millinin boş qalan baş məşqçilik postuna kimin gələcəyi hələ sual altındadır.

Hətta AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bununla bağlı dəqiq nəsə deyə bilməyəcəyini bildirmişdi.

“Millidə işləmək təklifi olarsa, işləyərsizmi?” sualını daha bir mütəxəssisə - milli komandanın baş məşqçisinin köməkçisi Mahmud Qurbanova ünvanladıq.

Publika.az-ın sualını Qurbanov belə cavablandırdı:

“Birincisi, mənə təklif gəlməz, çünki mən köməkçiyəm. Əgər gələrsə də, niyə də yox, yığmada baş məşqçi işləmək hər kəsin arzusudur. Həmçinin yığmada işləmək şərəfdir. Bundan əlavə, millidə işləyəcək bir çox layiqli məşqçilərimiz var”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm