İnsanlığı sarsıdan olay- “O sənin atan deyil”- VİDEO- FOTO
Bizi izləyin

İdman

İnsanlığı sarsıdan olay- “O sənin atan deyil”- VİDEO- FOTO

İnsanlığı sarsıdan olay- “O sənin atan deyil”- VİDEO- FOTO

İspaniya kubokunda “Real” və “Atletiko”(Madrid) arasında keçirilən görüşdə ilginc olay yaşanıb. “Real”ın oyunçusu Marseloya qarşı irqçi şüarlar səsləndiriblər.

Publika.Az xəbər verir ki, “Marca” qəzetinin yazdığına görə, “Real”ın ehtiyyat oyunçuları meydana çıxarkən, tərəfdarlar Marseloya “Sən meymunsan” deyə qışqırmağa başlayıblar. Sonra işlər daha da çirkinləşib. Marselonun oğlunu meydanda görən rəqibin irqçi azarkeşləri “Marselo sənin atan deyil” qışqırıblar.

Marselonun özü sonradan bununla bağlı “Twitter” hesabında açıqlama verib. O bildirib ki, bu cür hallarla tez-tez qarşılaşmasına baxmayaraq, hadisə nə ona nə də ailəsinə təsir etməyib:

“Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu cür hadisələrlə ilk dəfə qarşılaşmasaq da, söz verirəm ki, belə irqçi hərəkətlərə qarşı güclü olacağıq. Bu hərəkət mənə və ailəmə təsir etmədi”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm