İspaniya Belarusa, İngiltərə Sloveniyaya qarşı
Bizi izləyin

İdman

İspaniya Belarusa, İngiltərə Sloveniyaya qarşı

Bu gün Avropa çempionatının seçmə mərhələsində IV turun növbəti oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, ikinci oyun günündə C, E və G qrupunun komandaları meydana çıxacaq.
C qrupunda son Avropa çempionu İspaniya Belarus millisini qəbul edəcək. Qrupun digər oyununda Ukrayna Lüksemburq, Slovakiya isə Makedoniya ilə səfərdə qarşılaşacaq.
E qrupunda İngiltərə Sloveniyanı qəbul edəcək. Estoniya San-Marinonun, Litva isə İsveçrənin qonağı olacaq.
G qrupunun lideri Avstriya öz meydanında Rusiyanı sınağa çəkəcək. Moldova Lixtenşteynlə, İsveç Monteneqro ilə qarşılaşacaq.

C qrupu

21:00. Lüksemburq – Ukrayna
23:45. Makedoniya - Slovakiya
23:45. İspaniya – Belarus

E qrupu

21:00. San-Marino - Estoniya

21:00. İngiltərə - Sloveniya

23:45. İsveçrə - Litva

G qrupu

21:00. Avstriya – Rusiya

21:00. Moldova - Lixtenşteyn

23:45. Monteneqro – İsveç

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm