İki sülhə imza atıldı – VİDEO
Bizi izləyin

İdman

İki sülhə imza atıldı – VİDEO

"Avro-2016"nın seçmə mərhələsində IV turun oyunları başa çatıb.

Publika.az-ın məlumatına görə, H qrupunda yer alan millimizin rəqibləri növbəti oyunlarını keçiribər.


Qrupumuzun ən maraq doğuran görüşü Milanda baş tutub. Burada qrupun liderləri İtaliya və Xorvatiya yığmaları üz-üzə gəliblər. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Qrupun digər oyununda Bolqarıstan yığması doğma azarkeşləri önündə qrupun autsayderi Maltanı sınağa çəkib.

Bolqarlar bu görüşdə qələbə qazanmaqla "pley-off"a yüksəlməyə iddia edirdi. Lakin Malta millisi səfərdən rəqibindən bir xal almağı bacarıb (1:1).

Bolqarıstan - Malta - 1:1
Qol: Qalabinov, 6 (1:0), Failla, 49 (1:1)

İtaliya - Xorvatiya - 1:1
Qollar: Kandreva, 11 (1:0), Perisiç, 15 (1:1)

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm