Tayson Otello olacaq?
Bizi izləyin

İdman

Tayson Otello olacaq?

Əfsanəvi boksçu "Dəmir Mayk" Mayk Tayson özünü idmandan kənar sahədə də sınamaq fikrindədir.

Belə ki, o, Şekspirin "Otello" faciəsində eyniadlı obrazı canlandırmaq niyyətindədir.

Publika.az xəbər verir ki, Mayk Tayson mətbuata belə açıqlama verib:

"Bu yaxınlarda bir nəfərlə söhbət edirdim. O, Şekspirdən "ilk öncə edəcəyimiz iş bütün hüquqşünasları öldürmək olacaq" sitatını gətirdi. Buna bir xeyli güldüm. Şekspirin böyük ideyaları varmış. Hansı rolu oynamaq istədiyimi bilmirəm. Amma Otello daha yaxşıdır. Teatrda çıxış etmək mənə görə deyil. Rol çox çətindir, öyrənmək lazımdır. Linqvistlərlə çalışmaq tələb olunur. Qaradərili oğlanın Otello rolunu canlandırması pis olmazdı”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm