İdman
Futbolda ilginc dəyişiklik: penaltilər oyundan öncə olacaq
UEFA qaydalarda dəyişiklik etmək niyyətindədir.
Belə ki, ehtiyat oyunçuların sayının çoxalması və 10 dəqiqəlik cəzaların tətbiq olunması gündəmdədir.
Ancaq hələ ki bunların tətbiqi gözlənilmir.
UEFA bəzi dəyişiklikləri 2016-cı il Avropa çempionatına qədər çatdırmağı düşünür.
Publika.az xəbər verir ki, bu barədə məhşur
"İndependent” nəşri məlumat yayıb.
Ən böyük dəyişiklik qərarı bir oyunluq mərhələnin penalti
vuruşlarını 120 dəqiqənin sonunda yox, 90 dəqiqədən sonra və ya
oyunun başlanma fitindən öncə tətbiq olunmasıdır.
Qalib gələn tərəf bərabərlik olacağı təqdirdə birbaşa növbəti mərhələyə vəsiqə qazanacaq. Beləliklə, tərəflərdən birinin müdafiəyə çəkilməsi və ya başqa sözlə qapı ağzında sədd qurmasının, azarkeşlərin marağını artırmaq üçün sönük oyunun qarşısı alınacaq.
Həmçinin yeni qərarlara əsasən, ehtiyat oyunçuların sayının 11
nəfərə çatdırılması da gündəmdədir. Digər bir təklif isə, buz
xokkeyindəki kimi, oyunçuların bir müddətlik cəzalanmasıdır. Belə
ki, "sin bin" adlanan komandaların bir müddət azlıqda qalması kimi
tanınan qaydanın da futbolda tətbiq olunacağı gözlənilir.
Bu qərarla bir o qədər ağır qayda pozuntusu etməyən futbolçuların meydandan 10 dəqiqəlik uzaqlaşdırılması nəzərdə tutulur.
Yeni qaydaların yoxlanılması işi Ser Aleks Ferqüsona həvalə edilib.
Aygün İlqarqızı
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı