Son sözü Rövnəq Abdullayev deyəcək?
Bizi izləyin

İdman

Son sözü Rövnəq Abdullayev deyəcək?

Sabah AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası baş tutacaq. Günün əsas məsələsi millinin baş məşqçisinin təsdiqlənməsi olacaq. Ancaq İK iclasda tam heyətlə çıxış etməyəcək.

Buna səbəb Ələkbər Məmmədovun vəfat etməsidi. Yəni, ən yaxşı halda, İcraiyyə Komitəsinin 10 üzvü səsverməyə çıxarılacaq və məsələlərdə iştirak edəcək.

Publika.az-ın məlumatına görə, nizamnamədə belə bir bənd var ki, namizədin müzakirəsi zamanı İK üzvlərinin 5-i lehinə, 5-i əleyhinə səs verəcəyi təqdirdə, federasiyanın prezidentinin səsi həlledici rol oynayacaq.

Vacib olan şərt İcraiyyə Komitəsinin iclasında minimum 6 üzvün iştirak edə bilməsidi.

İclas sabah saat 11.00-da başlayacaq, toplantıda bu məsələlər müzakirə olunacaq:

1. Məşqçilər Komitəsinin yaradılmasının, Əsasnaməsinin və üzvlərinin təsdiqi.
2. Milli komandanın baş məşqçisinin təsdiqinin müzakirəsi.
3. U-21 yığma komandasının baş məşqçisinin təsdiqinin müzakirəsi.
4. Klublar Komitəsinin yaradılmasının və Əsasnaməsinin təsdiqi.
5. Lisenziyalaşdırma qrupunun məlumatı.
6. Digər məsələlər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm