Messi diktatorun da qəlbini fəth edib
Bizi izləyin

İdman

Messi diktatorun da qəlbini fəth edib

Şimali Koreyanın diktator lideri Kim Yonq "Barselona"nın ulduzu Messini ölkəsinə dəvət etmək niyyətindədir.

Publika.az xəbər verir ki, Asiya Futbol Konfederasiyasında çalışan və əslən şimali koreyalı olan Han-Un Qyonq bu barədə belə danışıb:

"Messini ölkəmizə dəvət etmək fikrindəyik, çünki uşaqlar onu çox sevirlər. Pxenyandakı məktəbdə məşq edən uşaqlardan ən çox hansı futbolçunu sevdiklərini soruşanda Messi deyirlər. Həqiqətən də, Şimali Koreyada Messi sevgisi çox böyükdür. Məktəbdəki uşaqlar internet vasitəsilə onun videolarına baxmaqla yanaşı, Messi haqda kitablar, məlumatlar da oxuyurlar".

Han-Un Qyonq son olaraq ölkə liderinin Messini çox sevdiyini və onu ölkəsində görmək istədiyini də vurğulayıb.

Xatırladaq ki, Pxenyanda uşaq futbol məktəbi keçən il açılıb. Məktəbin yaranmasının səbəbkarı diktator lider Kim Yonq olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm