Sadıqov Mircavadovun sədri oldu
Bizi izləyin

İdman

Sadıqov Mircavadovun sədri oldu

AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında Məşqçilər Komitəsinin yaradılması təsdiqlənib.

Publika.az xəbər verir ki, yeni yaradılmış komitənin sədri millimizin sabiq baş məşqçisi Vaqif Sadıqov təyin olunub.

Komitənin digər üzvləri Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Şahin Diniyev olacaq.

İclasda həmçinin Klublar Komitəsinin yaradılması da təsdiqlənib. Komitənin tərkibi klub rəhbərlərindən ibarət olacaq. Onlar AFFA-ya tövsiyələrini çatdıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm