Kubokun qalibini Premyer Liqa klubları müəyyənləşdirəcək
Bizi izləyin

İdman

Kubokun qalibini Premyer Liqa klubları müəyyənləşdirəcək

Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçirilib.

Publika.az xəbər verir ki, 1/4 final mərhələsinə "Neftçi", "İnter", "Simurq", "Bakı", AZAL, "Qarabağ" və "Qəbələ" vəsiqə qazanıb. "Xəzər Lənkəran" isə "Araz Naxçıvan" yarışa qatılmadığından birbaşa növbəti mərhələyə adlayıb.

Azərbaycan kuboku, 1/8 final

3 dekabr

Sumqayıt - Bakı 0:0, p-3:4

Qırmızı vərəqə: Cəmil Hacıyev, 82 - Nurlan Novruzov, 92.

Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Mehman Mahmudov, Fərid Məmmədov.

Sumqayıt. "Kapital Bank Arena".

Simurq - Rəvan 6:0

Qol: Draqan Çeran, 11; 55. Marko Stanoyeviç, 57. Əli Gökdəımir, 58. Rəşad Eyyubov, 73. Stefan Polyak, 8.

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Rəvan Həmzəzadə, Sərxan İsmayılov.

Zaqatala. Şəhər stadionu.

Neftçala - AZAL 1:2

Qol: Məhəmməd Alıyev, 10 - Mombonqo, 89. Laşa Kasrade, 92.

Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Vaqif Musayev, Xəlil Hüseynli.

Neftçala. Nəriman Nərimanov adına şəhər stadionu.

Neftçi - Qaradağ Lökbatan 3:0

Qol: Ernest Nfor, 17. Ruslan Qurbanov, 75. Denis Silva, 78.

Hakimlər: Vüsal V. Əliyev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Mahir Məmmədov.

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

Qarabağ - MOİK 4:2

Qol: Emeqara, 6. Almeyda, 7. Maksim Medvedev, 49. Vüqar Nadirov, 71 - Rəfail Qəvami, 35. Röyal Nəcəfov, 88.

Hakimlər: Xəlil Xəlilov, Coşqun Həsənov, Elşən Acalov, Orxan Məmmədov.

Bakı. "Dalğa Arena".

Şahdağ - İnter 0:3

Qol: Baçana Tsxadadze, 12-p. Elvin Məmmədov, 39. Mirsahib Abbasov, 91.

Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Munis Abdullayev, Ramil Əhmədov.

Bakı. "İnter Arena".

Qəbələ - Ağsu 3:0

Qol: Bəxtiyar Soltanov, 1; 22. Pavol Farkaş, 64.

Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Akif Əmirəli, Teymur Fərhadov.

Qəbələ. Şəhər stadionu.

Nəticələrdən də göründüyü kimi, bir oyundan ibarət olan mərhələdən Premyer Liqa klubları üzüağ çıxıb.

1/4 final mərhələsinin ilk oyunları gələn il martın 4-də, cavab oyunları martın 13-də keçiriləcək.

Növbəti mərhələdə cütlüklər aşağıdakı kimidir:

Neftçi - AZAL

İnter - Xəzər Lənkəran

Bakı - Qarabağ

Simurq - Qəbələ

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm