Afrikada “qırğın” olacaq - Nəhənglər eyni qrupa düşüb
Bizi izləyin

İdman

Afrikada “qırğın” olacaq - Nəhənglər eyni qrupa düşüb

Ekvatorial Qvineyada keçiriləcək Afrika Millətlər Kubokunun (AMK) final mərhələsinin püşkü atılıb.

Publika.az xəbər verir ki, Qana və Əlcəzairin eyni qrupda yer alması diqqət çəkib.

Qrupların tərkibiylə tanış olun:

A qrupu: Ekvatorial Qvineya, Burkina-Faso, Qabon, Konqo.

B qrupu: Zambiya, Tunis, Kabo-Verde, DR Konqo.

C qrupu: Qana, Əlcəzair, CAR, Seneqal.

D qrupu: Fil Dişi Sahili, Mali, Kamerun, Qvineya.

Turnir 2015-ci il 15 yanvar - 8 fevral aralığında keçiriləcək.

Məlum olduğu kimi yarışa Mərakeş ev sahibliyi etməli idi. Amma şimali afrikalılar Ebola virusunun yayılması qorxusu üzündən təşkilatçılıqdan imtina etdi.

AMK-nın son qalibi Nigeriya millisi isı seçmə mərhələni adlaya bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm