İdman
Ronaldo - Messi mübarizəsi qızışır
İspaniya La Liqasında 14-cü turun oyunları keçirilib.
Publika.az xəbər verir ki, “Qızıl top” uğrunda mübarizə aparan Ronaldoyla Messinin ilin sonunda nəylə yadda qalması maraqla izlənilir.
Bu mənada son turu hər iki futbolçunun aktivinə yazmaq olar. Həm argentinalı, həm də portuqaliyalı ulduz het-trik etməklə komandalarının qələbəsində önəmli rol oynayıblar.
Messi “Barselona”da 400-cü qolunu bayram edib, Ronaldo isə 23-cü dəfə het-trik etməklə İspaniyada bu uğura çatan yeganə futbolçu olub.
La Liqa 14-cü tur
6 dekabr
Elçe - Atletiko 0:2
Ximenes, 17. Mandzukiç, 53.
Atletik - Kordoba 0:1
Qilas, 23.
Real - Selta 3:0
Kriştiano Ronaldo, 36 -p.; 65; 81.
Deportivo - Malaqa 0:1
Darder, 22.
7 dekabr
Rayo Valyekano - Sevilya 0:1
Bakka, 8.
Barselona - Espanyol 5:1
Messi, 46; 50; 81. Pike, 53. Pedro, 77 - Serxio Qarsiya, 13.
Vilyarreal - Real Sosyedad 4:0
Bruno Soriano, 64. Çerişev, 73. Qomez, 80; 86.
Qranada - Valensiya 1:1
İsaak, 86 - Neqredo, 83.
“Eybar” - “Almeriya” və “Levante” - “Xetafe” oyunları bu gün axşam keçiriləcək.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan