Mançini azarkeşlərə maraqlı oyun vəd etdi: “Qarabağ” yaxşı komandadır”
Bizi izləyin

İdman

Mançini azarkeşlərə maraqlı oyun vəd etdi: “Qarabağ” yaxşı komandadır”

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində baş tutacaq "Qarabağ" - "İnter" oyunundan öncə keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Roberto Mançini görüşlə bağlı fikirlərini açıqlayıb.

Publika.az xəbər verir ki, təcrübəli mütəxəssis "Qarabağ"ı yaxşı təhlil etdiyini söyləyib:

- Razısınızmı, "İnter" və "Qarabağ" qrupda ən zəif hücum xəttinə malik olan komandalardır?

- Bunu deyənlərdən soruşsanız yaxşı olar.

- "Qalatasaray"dakı uğursuzluğunuz hazırda "İnter"də də davam edir. Bunu necə izah edərdiz?

- Siz yəqin "Qalatasaray"ın ötənilki oyunlarını yaxşı izləməmisiniz. "İnter" hazırda 12-ci pillədə olsa da, irəli getməyə çalışırıq.

- "Qalatasaray"da çalışmağınız "Qarabağ"la oyunda sizə nə iləsə kömək ola bilər?

- Bunun əhəmiyyəti yoxdu.

- "İnter" A seriyasının son turunda "Udineze" ilə ikinci hissədə zəif təsir bağışladı. Bu, yorğunluqla bağlıdır?

- Düşünmürəm ki, bu, yorğunluqla bağlıdı. Biz həmin görüşdə yaxşı çıxış etdik.

- "İnter" 2010-cu ildə Çempionlar Liqasının qalibi oldu. Həmin komandanın fundamentini siz qoymuşdunuz. Yenidən o heyəti formalaşdıra biləcəksiniz?

- 2010-cu ildəki "İnter"lə indikinin fərqi odur ki, hazırkı komanda gənclərdən təşkil olunub. İndi çempion olmaq çətindir. 2010-cu ildə isə asan idi.

- "İnter" Bakıya 9 müdafiəçi, 4 yarımmüdafiəçi ilə gəlib. Bu, o deməkdir ki, sabah komandanız müdafiədə oynayacaq?

- Xeyr. Biz qələbə üçün gəlmişik.

- "Qarabağ" haqda nə deyə bilərsiniz?

- "Qarabağ" çox yaxşı komandadır. İnanıram ki, sabah azerkeşləri çox maraqlı oyun gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm