“Qarabağ”da son durum - Bədavi Hüseynov oynayacaq?
Bizi izləyin

İdman

“Qarabağ”da son durum - Bədavi Hüseynov oynayacaq?

Məlum olduğu kimi, bu gün Ağdamın "Qarabağ" klubu Tofiq Bəhramov adına Respublika stadionunda Avroliqanın F qrupunun son turunda İtaliyanın "İnter" klubunu qəbul edəcək. Matç saat 21:00-da start götürəcək.

Komandanın son durumuyla tanış olmaq üçün “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq.

Publika.az-a danışan klub rəsmisi çempionatın son turunda, “Neftçi” ilə qarşılaşmada zədələnən Bədavi Hüseynovun durumu ilə bağlı da məlumat verdi. İbrahimov bildirdi ki, Bədavi komanda ilə məşq etsə də, onun bu gün meydana çıxıb-çıxmayacağı hələ də dəqiqləşməyib:

“Reynaldonun ilin sonuna kimi oynamayacağı dəqiqdir. Bilindiyi kimi, Çumbinyo və Dias da zədəlidir. Sadəcə, Bədavi Hüseynovun oynama ehtimalının olub-olmadığı bilinmir.

“Neftçi” ilə oyunda dizindən zədə alan Bədavi dünən məşqə çıxsa da, “İnter”ə qarşı oynayıb-oynamayacağı sual altındadır”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm