“Azəryol” voleybolçuları yarımfinala yüksəlib
Bizi izləyin

İdman

“Azəryol” voleybolçuları yarımfinala yüksəlib

Bakının “Azəryol” voleybol komandası CEV kuboku yarışlarının yarımfinal mərhələsinə yüksəlib.

Bakının “Azəryol” voleybol komandası CEV kubokunun yarımfinal mərhələsinə yüksəlib.

Fevralın 11-də Bakının qadın voleybolçulardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının çellenc raundu mərhələsi çərçivəsində cavab oyununa çıxıb.

Azərbaycan Voleybol Mərkəzində keçirilən oyunda “Azəryol” Polşanın “Fakro” kollektivi ilə qarşılaşıb. İnamlı oyun nümayiş etdirən “Azəryol” komandası rəqibini 3:0 hesabı ilə məğlub edib. Polşada təşkil olunmuş ilk görüşdə Bakı təmsilçisi rəqibinə 2:3 hesabı ilə məğlub olsa da iki oyunun nəticəsinə görə, “Azəryol” CEV kuboku yarışlarının yarımfinal mərhələsinə yüksəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm