Paytaxtda Futbol Evinin qarşısında mitinq keçririldi
Bizi izləyin

İdman

Paytaxtda Futbol Evinin qarşısında mitinq keçririldi

Dekabrın 18-də paytaxt Kiyevdə Futbol Evinin yaxınlığında mitinq keçirilib. Publika.az xəbər verir ki, mitinqdə qadınlar, tələbələr iştirak ediblər.

Ukrayna mətbuatının bildirdiyinə görə, mitinq iştirakçıları məqsədlərinin nə olduğunu açıqlamaqda çətinlik çəkiblər. Ukrayna Futbol Federasiyasının prezidenti Anatoli Konkov mahiyyəti məlum olmayan mitinqə münasibət bildirib:

“Razıyam ki, bu mitinqin iştirakçıları muzdlulardı? Bəli. Nə üçün? Bax onu bilmirəm. Bəs dünən bəzi adamlar nə üçün mənim otağıma gəlib nizamnaməyə uyğun gəlməyən hansısa tələblər irəli sürürdülər? Bu adamlar hardan gəlmişdilər? Bilmirəm. Bunu həmin adamlara sifariş verənlərdən soruşmaq lazımdı”.

İddialara görə, Konkov UFF-nin 2015-ci ilin martında keçiriləcək konqresində postunu tərk edəcək.

Qeyd edək ki, Konkov uzun müddət bizim - Bakı “İnter”inin baş məşqçisi olub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm