• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Göz qamaşdıran “Qalaktikas”ın ulduzları- Onlar indi hardadı?- FOTOLAR

  • İdman
  • 13 Fevral 2014 12:17
  • 1 288 Baxış
Göz qamaşdıran “Qalaktikas”ın  ulduzları- Onlar indi hardadı?- FOTOLAR

Bir vaxtlar bu komandanı “qalaktikas”, “arzuların komandası” adlandırırdılar. 2005-ci ilin Madrid “Real”ını deyirik. O komandanın heyətindəki ulduzlar sadəcə, göz qamaşdırırdı. İndi əfsanəvi “qalaktikas”ın ulduzları hardadı, nə işlə məğuldurlar? Publika.az “arzuların komandası”nın izinə düşdü.

İker Kasilyas

Dünyanı dəyişən portuqaliyalının gəlişindən sonra “Real”ın ehtiyyat oyunçular skamyasında oturur. Belə olan təqdirdə Ançelotti “Real”ı necə xilas etsin?

Mişel Salqado

İki il “Blekbern”-də çalışdıqdan sonra Birləşmiş Ərəb Əmiriliyinə üz tutdu. Dəbdəbəli “Dubai Sports City” kompleksində Mişeli futbol direktoru təyin etdilər. Çiyinlərində Çempionlar Liqasının 2 qələbəsi və La Liqanın 4 çempionluğu duran müdafiəçi səylə əsas oyuna doğru gedir. Yarım il bundan əvvəl onun yardımı nəticəsində İspaniyada futbol məktəbi açılıb.

Roberto Karlos

“Anji” komandasında futbola əlvida dedikdən sonra vaxtını qarşıdakı rəqibin aradan qaldırılmasına sərf edir. Robertonun başçılıq etdiyi “Sivasspor” Türkiyə çempionatında 5-ci yerdədir.

Zinəddin Zidan

Futbol azarkeşlərinin göz yaşları və nostalji israrlar “Mən Zizunun oyununu görmüşəm, bu gün heç kim belə bir oyun göstərə bilmir” ruhunddıa. Yaxın gələcəkdə özünü baş məşqçi qismində sınayacaq. Hələlik Ançelottiyə yardım edir.

İvan Elqera

“Mançester Yunayted”lə əfsanəvi qarşıdurmada estetik avtoqolun müəllifi. Çempionlar Liqasının rəsmi video jurnalında standar vəziyyətdən vurulan qolların reytinqinə əsasən Elqera ikinci yerdə qərarlaşıb. 2012-ci ilin yayında məşqçi lisenziyası almaqla məşğul olub.

Raul

“Al-Sadda” canlı yayımlarını “Quti-baş məşqçi, Raul-prezident” adı altında təqdim edir. Raul Avropanı tərk etdi və Qətərin çempionu oldu. Hücumçu hələ də Madrid azarkeşlərinin fikrindən çıxmır. Yayda Raul nəhayət ki, “Real”da vida oyununu keçirdi. Kürəyində 7 rəqəmi həkk olunmuş formada.

Ronaldo

Fenomen layiq görüldüyü şöhrətdən tamamilə yararlanır. Futbol mərasimində VİP-qonaq qismində iştirak edir, dünya çempionatında Braziliyanın səfiridir və bundan əlavə, teleşouda iştirak edir, “Poker Stars” reklamında fəndlər göstərir və onu Kriştiano Ronaldo ilə səhv saldıqda yumorla reaksiya verir. Braziliyalının Playboy variantını da qazanmaq arzusu heç kəsi təəccübləndirmir. Yekədiş həyatdan zövq almağı bacarır.

Luiş Fiqu

Deyəsən, Luiş 2009-cu il may ayında “Atalanta” ilə vida matçından sonra ciddi kostyum geyərək “İnter”də məsləhətçi postunu tutub. Portuqaliyalıya “Pari Sen-Jermen”də idman direktoru, Leonardonun əvəzləyicisi kimi baxılırdı. Lakin Fiqu hələ də Milandadır. Keçmiş “vinqer” marka kolleksiyası yığmaqla məşğuldur.

Maykl Ouen

Nahaq yerə “Liverpul”dan getdi? “Real” karyerasını sındırdımı? Köhnə, işlənmiş mahnını uzatmağa dəyməz. Hər halda, hazırda Maykl “The Telegraph” qəzeti üçün yazır, yenicə istifadəyə verilmiş “BT Sport”da yarışları şərh edir. Görünür ki, bu, onu qane edir.

Sezar Sançes

“Real” Avropada 9-cu çempionluğu qapıçı Sançesin sayəsində qazandı. Ancaq final görüşünün 67-ci dəqiqəsində zədələnərək yerini Kasillasa verdi. Sezarın sonuncu klubu “Vilyareal” oldu. İndi isə radioda şərhçi kimi çalışır.

Fernando Morientes, Quti, Santyaqo Solari

Tədricən “Real”da məşqçilərin “qalaktikas”u formalaşır. Peres yeni taktika düşünüb, bir müddət əvvəl ağ formada çıxış edən “öz” adamlarını gəncfutbolçularla işləməyə dəvət edib. Narazı qalan yoxdur.

Raul Bravo

Keçəlbaş Raul 4 il “Olipiakos”da pis çıxış etmədi. Bu gün Sequndoda çıxış edın “Kordoba”nın heyətində toz basır.

Tomas Qravesen

Tomasın vəziyyəti bizimkindən dəfələrlə yaxşıdır. Danimarka əsilli oyunçu bir sıra müəssisələrə yatırımlar qoyub. Bir az da istəkli olsa kapitalı Qaret Beyli də ala bilər. Bunun əvəzində isə danimarkalı oyunçu model Kamila Persseni də özü ilə götürərək Las-Veqasa üz tutub.

Xavyer Portilyo

Arada belə də olur: sən bu gün “Real” üçün oynayırsan, sabah isə heç Sequndo komandası üçün də maraqlı deyilsən. Bəs indi Portilyo hardadır? Yeri gəlmişkən, dünən “Herkules”in heyətində “Kastiliya”ya qarşı oynayırdı.

Conatan Vudqeyt

Conatan Midlsbroda tibbin nə dərəcədə inkişaf etdiyini yoxlayır. Vudqeyt 2014-cü ildən bəri yaşıl meydanlarda gözə dəyməyib.

Valter Samuel

“Real” əvvəlcə Samueli A Seriyasının əsas müdafiəçisi qismində “Roma”dan 25 milyon avroya aldı. Bir ildən sonra isə “İnter”ə 16 milyon avroya satmaqla 10 milyon avro itirmiş oldu. 7 argentinalının yer aldığı Milanda Valter əla yaşayırdı. Yayda 35 yaşlı veteran daha bir mövsüm üçün “İnter”lə müqavilə imzalayıb.

Fransisko Favon

Fransız klubu “Arl-Avinyon”da karyerasını bitirdikdən sonra inişil işsizlik müavinəti almaqdan imtina edib.

Devid Bekhem

Karyerasını təkrar bitirdikdən sonra Beksin planları çoxdur. Əsas plan- Mayamidə futbol klubunun yaradılmasıdır.

Alvaro Mexiya

Keçən yay “Almeriya”dan yunan klubu “Erqotelis”ə keçdi. Güman ki, gözəl adlı klubun bizlər tərəfindən tanınması üçün.

Dieqo Lopes

Dieqoya təlimata görə minnətdarıq: həyatımızda olan şansdan necə istifadə etməyi öyrədir.

Alvaro Arbeloa

Kifayət qədər məhdud şəraitdə Alvaro gözəl karyera yaradıb. “Liverpul”un baş məşqçisi Benites çox sağ olsun ki, gənc yaşlarında Alvaroya təlim keçib və onu İngiltərəyə dəvət edib. Madrid isə buna belə münasibət bildirib: “Qulaq asın, gəlin bu etibarlı oğlanı alaq. Ciddimi deyirsiz? Məgər o nə vaxtsa bizdə oynayıb?”

Ruben de la Red

“Real”ın qaydalarına əməl etdiyi üçün az qala canını yaşıl meydanda tapşıracaqdı. 25 yaşında karyerasını bitirdi. Florentino Peres sözünə əməl edərək de la Redi klubun strukturunda saxlayıb. Ruben 1998-ci il təmayüllü oğlan uşaqlarına təlim keçir.

Xuanfran

5 ildən sonra Xuanfranı “Visente Kalderon” stadionuna dəvət etdilər.

Xavi Qarsiya

“Mançester Siti” 20 milyon avrosundan keçərək Qarsiyanı heyətinə qatıb. Lakin İngiltərə onun qarşısında əyilmir.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR