Fənərbaxça liderdi - VİDEO
Bizi izləyin

İdman

Fənərbaxça liderdi - VİDEO

Türkiyə superliqasında 15-ci turun oyunları davam edir. İkinci oyun günündə daha 3 qarşılaşma keçirilib.

Publika.az xəbər verir ki, superliqanın autsayderi "Balıkesirspor" klubu səfərdə "Karabükspor"a 1:0 hesabı ilə qalib gəlməklə turnir cədvəlində iki pillə irəliləyib.


Turun digər görüşlərində "Başakşəhər" öz meydanında "Kayseri Ərciyesspor"u qəbul edib və rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

"Fənərbaxça" doğma meydanda "Mersin"i sınağa çəkib. Qarşılaşma İstanbul klubunun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Bu qələbə ilə "Fənərbaxça" turnir cədvəlində liderliyə yüksəlib.

Tura dekabrın 29-da keçirilək “Trabzonspor” – “Əskişəhərspor” matçı ilə yekun vurulacaq.


27 dekabr

Türkiyə superliqası, XV tur

“Karabükspor” – “Balıkəsirspor” - 0:1
Qol:
G.Ünal, 90+3 (0:1)

“Başakşəhər” – “Ərciyəsspor”
Qollar:
Epureanu, 17 (1:0), Edinyo, 46 (1:1), Madureyra , 74 (2:1), Perbet, 83 (3:1)

21:00. “Fənərbaxça” – “Mersin İdmanyurdu” - 1:0
Qol:
Mehmet Topal, 32 (1:0)


28 dekabr

15:30 “Qaziantepspor” – “Bursaspor”

15:30 “Kasımpaşa” – “Sivasspor”

18:00 “Akhsar” – “Rizəspor”

21:00 “Konyaspor” – “Beşiktaş”


29 dekabr

22:00 “Trabzonspor” – “Əskişəhərspor”


26 dekabr

“Gənclərbirliyi” – “Qalatasaray” - 1:1
Qollar:
Əmrə Çolak, 19, (0:1), Stanku, 72 (1:1)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm