Bolqarlar “Qarabağ”la oynamaq üçün növbəyə düzülüb
Bizi izləyin

İdman

Bolqarlar “Qarabağ”la oynamaq üçün növbəyə düzülüb

Bolqarıstanın "Çerno More" klubu Azərbaycana çempionu "Qarabağ"la yoxlama oyunu keçirmək istəyir.

Publika.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, sözügedən komanda yanvarın 25-də Antalyaya yollanacaq. Həmin toplanış çərçivəsində bolqarlar üç yoxlama oyunu keçirməyi planlaşdırırlar ki, bunun biri də "Qarabağ"a qarşı olacaq.

Qeyd edək ki, fevralın 1-dək Antalyada hazırlıq keçəcək "Qarabağ" qardaş ölkədə altı yoxlama oyunu keçirəcək ki, bunların da arasında Bolqarıstanın "Levski" klubu var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm