Soçi Olimpiadasında “nasist izi”- Rusiyada ara qarışdı - VİDEO
Bizi izləyin

İdman

Soçi Olimpiadasında “nasist izi”- Rusiyada ara qarışdı - VİDEO

Soçi Olimpiadasında “nasist izi”- Rusiyada ara qarışdı

Soçi Qış Olimpiadasında Rusiyaya qızıl medal qazandıran 15 yaşlı konkisürən Yulia Lipnitskaya bir anda siyasi müzkirənin ortasına düşüb. 15 yaşlı idmançı buz üzərindəki çıxışını"Şindlerin siyahısı" adlı filmin musiqisiylə reallaşdırıb.

Yulia Lipnitskayanın uğurunu müxalifət lideri Viktor Şenderoviç 1936-ci ilin yazında Berlində təşkil edilmiş “Nasist Olimpiadalarında Almaniyanın uğuru”na bənzədib.

Yulia Lipnitskaya Soçi Qış Olimpiadasının ilk həftəsində performansıyla hər kəsin rəğbətini qazanmışdı. Amma bəziləri Lipnitskayanın “Şindlerin siyahısı” filmindəki musiqini seçməsinə tənqid ediblər.

Rusiya prezidenti Vladimir Putin isə gənc qızı təbrik edib, onun yanaqlarını sıxıb "Çox ağıllı qızsan” deyib.

Müxalif Viktor Şenderoviç isə “Buzların üzərində yüksələn bu parlaq qız Putinin məşhurluğunu artırır” deyib. Bununla da gənc ulduzun uğurunu Hitlerin dövründə təşkil edilən Olimpiadada Almaniyaya ilk qızıl medalı qazandıran Hans Voellkenin uğuruna bənzədib.

Şenderoviç “Exo Moskva” radio kanalının internet saytına yazdığı məqaləsində öz fikirilərini bildirib. O məqalədə nasist dövründəki barbarlıqlara - "Daxau Toplanma Düşərgəsi" və Leninqrad mühasirəsinə toxunub.

Şenderoviçin bu məqaləsinin yayımlanmasına icazə verən müstəqil “Exo Moskva” radiosunun da öz başına dərd açacağı deyilir.

Millət vəkili Aleksandr Sidyakin bloqunda yayımladığı mesajda Şenderoviçi və "Exo Moskva” radiosunu “qırmızı xətti” keçməkdə və Rusiyanı rüsvay etməklə ölkənin qürurunu zədələməkdə günahlandırıb.

Rusiya hökumətinə dəstək çıxan bəzi sosial media istifadəçiləri də Şenderoviçin 2010-ci ildə “cinsi əlaqə əsnasında gizli kamerayla çəkilən” görünüşlərinin internetə düşdüyünü xatırladıblar.

Rəsmi televiziya kanalı "Rossiya 24" də gecə bülletenində bu görüntüləri yayımlayıb.

Şenderoviç özü isə görüntülərin məzmununun təhrif edildiyini və həqiqəti əks etdirmədiyini bildirib.

Qeyd edək ki, "Şindlerin siyahısı" filmində Oskar Şindler adlı bir iş adamının İkinci Dünya Müharibəsi əsnasında Polşada qurduğu fabrikdə yəhudiləri işlədərək təxminən min nəfəri Nasist soyqırımından qorumasından söhbət açılır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm