Serxio Ramos da “buynuz çıxartdı” - Yeni müqavilə imzalamır
Bizi izləyin

İdman

Serxio Ramos da “buynuz çıxartdı” - Yeni müqavilə imzalamır

“Real”ın müdafiə xəttinin dirəyi hesab olunan Serxio Ramos klub prezidenti Florentino Peresin yeni təklifini qəbul etməyib.

Publika.az xəbər verir ki, 28 yaşlı müdafiəçi “Kral klubu”yla anlaşmanı yeniləməkdən boyun qaçırıb.

Yeni müqavilədə illik gəlirin 6 milyon avrodan az olması ispan futbolçunu qane etməyib. Danışıqların ertələndiyi söylənilir.

Dəfələrlə karyerasını Madriddə başa vurmaq istədiyini deyən Ramosun bu etirazı azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.

Onu da deyək ki, hazırda “Real”da cəmi dörd futbolçunun illik gəliri 6 milyon avronu keçir: İker Kasilyas (6 milyon avro), Kərim Benzema (8 milyon avro), Qaret Beyl (11 milyon avro), Kriştiano Ronaldo (17 milyon avro).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm